Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daş adam sindromu

Daş adam sindromu

Tarix: 6 Noyabr 2022 08:27

Yer kürəsində 2.500 adamda qeydiyyata alınmış bu xəstəlik genlərdəki mutasiyalar səbəbindən baş verir. Daş adam sindromu adlanan bu xəstəlik öz adını orqanların bir-birinə bağların sümüklənməsindən götürüb. Bu sindroma sahib olan adamlar az hərəkətli olurlar, çünki onlara bir az bərk toxunduqda toxunulan nahiyyə sümükləşir, bərkləşir. Belə xəstələrdən biopsiya götürmə və ya onları peyvənd etmək mümkün olmur, bu  proseslər toxunulan nahiyyəni daşlaşdırır. İstənilən xarici zədə onların bağ toxumalarının bərkləşməsinə səbəb ola bilir.
Xəstəlik adətən uşağın 10 yaşlarından özünü göstərir. Xəstə uşağın əvvəlcə kürək nahiyyəsi, sonra çiyin bolgəsinın əzələləri, sonra isə aşağıya doğru bütün əzələ lifləri sümükləşir.
Amma sümükləşmə ürək, böyrəklərdən yan keçir. Sümükləşmə prosesi başa çatdıqda xəstə adam hərəkətsiz, bütün sümükləri və əzələləri bir-birinə tam birləşmiş hala gəlir. XVII və XVIII əsrlərdə belə xəstələri "daşa dönən adam" adlandırıblar.

Milli.Az


Etiketlər:  Daş adam sindromu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ