Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 23:27
Çox insanlar mədə yanması zamanı sodanı suda həll edib içirlər. İlk başda bu təsir edir, amma sodanın sonrakı zərərlərini çoxunuz bilmir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, qastroenteroloq Sergey Vyalov sodanın mədəyə təsirini açıqlayıb.
"Sodadan dərman əvəzi istifadə mədə xorasına yol açır. Reflüks və mədə qıcqırması zamanı soda içmək mədənin zərif selikli qişasını zədələyir. Soda bir neçə dəqiqə ərzində yandırıcı, aşılayıcı təsir edir.
Bu maddə əksinə mədə turşusunun daha sürətlə çox ifrazına səbəb olur.
Müntəzəm olaraq bu turşunun qida borusuna sıçraması onu da zədələyir.
Qida borusunun xorası, qanaxması, çapıqlaşması və sonda xərçəngə çevrilməsi baş verə bilər.
Soda qanın qələviləşməsini artırır. Bu zaman böyrək və sidik kisəsində daşlar əmələ gəlir.
Əgər mədədə yanma,göynəmə varsa, onun üçün daha yumşaq maye dərmanlar var. Mütləq həkimlə məsləhətləşərək onları için".