Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da cinayət sayında rekord artım - Şok statistika

ABŞ-da cinayət sayında rekord artım - Şok statistika

Tarix: 7 Noyabr 2022 23:50

2022-ci ilin oktyabr ayının son həftəsinə qədər Nyu-Yorkda 135 bank soyğunu baş verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yüksəkdir. Belə ki, bank soyğunlarının 42 faiz artdığı qeydə alınıb.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkda Polis Departamenti (NYPD) bildirib.

Qeyd olunub ki, Manhettendə bir bank şöbəsi mart ayından bu yana 4 dəfə silahlı hücuma məruz qalıb, şəhərin mərkəzindəki digər banklarda isə 15 oğurluğun eyni şəxs tərəfindən törədildiyi şübhəsi var.

ABŞ-da 2019-cu ildə 2440 bank oğurluğu hadisəsi baş verdiyi halda, 2021-ci ildə bu rəqəm 1724-ə düşüb. Ölkə daxilində bank soyğunlarının pik həddə çatdığı 1991-ci ildə bu rəqəmin 9388 olduğu məlumdur.

Nyu-York bələdiyyəsinin paylaşdığı statistikaya görə, şəhər mərkəzində cinayət indeksi 2022-ci ilin oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 5,9 artıb.

2021-ci ilin oktyabr ayında şəhərdə müxtəlif kateqoriyalar üzrə 10 324 cinayət törədilibsə, 2022-ci ilin eyni dövründə bu rəqəm 10 930-a yüksəlib. Həmin dövrdə avtomobil oğurluğu 19,3 faiz, ev oğurluğu isə 8,9 faiz artıb.

NYPD statistikasına görə, sentyabr ayında cinayət nisbəti 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artıb.


Etiketlər:  ABŞ cinayət sayında rekord artım Şok statistika


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ