Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 18:38
Ukraynanın "Antonov" dövlət müəssisəsi Rusiya tərəfindən Qostomeldə dağıdılan dünyanın ən böyük təyyarəsinin əvəzinə ikinci An-225 "Mriya"nı inşa edir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə müəssisənin baş direktoru Yevgeni Qavrilov bildirib.
"İşlər gizli yerdə aparılır. İkinci An-225 həm yeni hissələri, həm də zədələnmiş təyyarənin hissələri ilə təmin olunacaq", - Qavrilov deyib.
O qeyd edib ki, ikinci "Mriya" artıq 30 faiz hazırdır. İşin dəyəri 500 milyon avro qiymətləndirilir və Antonov aviaşirkətinin müvəqqəti yerləşdiyi Leypsiq/Halle Beynəlxalq Hava Limanı bunun üçün pul yığmağa kömək edir.