Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündəlik xəbərləri oxumaq və izləmək psixika üçün təhlükəlidir - Həkim

Gündəlik xəbərləri oxumaq və izləmək psixika üçün təhlükəlidir - Həkim

Tarix: 8 Noyabr 2022 19:30

Hər gün dünyada və ölkədə baş verən xəbərləri izləmək insan psixikası üçün təhlükəlidir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, psixiatr Aleksandr Fedoroviç bunun insanda psixi pozuntular yaratdığını deyib.
Həvəslə xəbərlərə oxuyan, dünyada baş verənlərə maraq göstərənlərdə panik atak, təşviş pozuntusu, iştah azalması, yuxusuzluq, depressiya baş verir. Onlar həyatdan qorxur, güvənmir və bütün bunların səbəbkarının xəbərlər olduğunu da anlamır.

İnsanlar bilməlidir ki, onlar üçün birinci yerdə öz şəxsi həyatları gəlməli, sonra siyasi, iqtisadi, dünyada baş verənlər.
Bəzən insanlar problemin səbəbini bilir, amma yenə də bu vərdişini tərgidə bilmir.

Kütləvi informasiya vasitələri, sosial şəbəkələr həyat keyfiyyətini azaldır, apatiyaya səbəb olur, insanın əhvalı düşür.
Nəticədə sonda ağırlaşmalarla həkim psixiatra gəlir.


Etiketlər:  Gündəlik xəbərləri oxumaq izləmək psixika üçün təhlükəlidir Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ