Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsildə xərçəng varsa, hər kəs xəstə ola bilər?

Nəsildə xərçəng varsa, hər kəs xəstə ola bilər?

Tarix: 8 Noyabr 2022 19:36

Ailə üzvlərində, baba nənələrdə xərçəngin olması, xəstəliyin mütləq irsən ötürüləcəyi anlamına gəlmir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, onkologiyada irsi faktor, məşhur inancın əksinə olaraq, əhəmiyyətsiz bir rol oynayır. Onkoloq, mammoloq, tibb elmləri namizədi Vladimir Vorotnikovun sözlərinə görə, xərçəngin irsi inkişaf riski cəmi 5% qiymətləndirilir.

"Əlbəttə, xərçəngin irsi ötürülməsi şansı həmişə var, lakin ailədə onkoloji xəstəliyin olması, bu xəstəliyə tutulacağınız anlamına gəlmir", - ekspert vurğulayıb.

Həkim ciddi problemlərin qarşısını almaq üçün profilaktik tədbirlərin vacibliyini qeyd edib. Bunlardan ən əsası isə xərçəngi erkən mərhələdə mükəmməl aşkar edən skrininq testidir.


Etiketlər:  Nəsildə xərçəng varsa hər kəs xəstə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ