Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayaqlarınızın daim üşüməsi hansı xəstəlikdən xəbər verir?

Ayaqlarınızın daim üşüməsi hansı xəstəlikdən xəbər verir?

Tarix: 8 Noyabr 2022 23:03

Ayaqlarda üşümək hissi diabet və vegetativ disfunksiyanın səbəbi ola bilər.

Bu barədə "ura.ru"ya müsahibəsində Hemotest laboratoriyasının nevroloqu, tibb elmləri namizədi Yekaterina Demyanovskaya danışıb.

"Ayaqlarda soyuqluq hiss etmək müxtəlif səbəblərdən yarana bilər: dəmir çatışmazlığı anemiyası, ateroskleroz, şəkərli diabet, vegetativ disfunksiya, hiperhidroz, hipotiroidizm və qan təzyiqinin aşağı olması. Diaqnozu dəqiqləşdirmək üçün xəstə hərtərəfli müayinədən keçməlidir.

Bunun üçün ilk növbədə qan analizi vermək lazımdır. Hemoqlobin səviyyəsi aşağıdırsa, bu, dəmir çatışmazlığı anemiyasının bir əlaməti ola bilər. Bu vəziyyət vegetarianlar üçün xüsusilə təhlükəlidir, çünki onların pəhrizində dəmirlə zəngin ət yoxdur.

Sonra mümkün qan dövranı pozğunluqlarını müəyyən etmək üçün damarları yoxlamaq lazımdır. Bundan əlavə, qanda qlükoza səviyyəsini və pankreas funksiyası ilə əlaqəli göstəriciləri araşdırmağı tövsiyə edirəm. Məhz bu testlər insanlarda şəkərli diabeti təyin etməyə imkan verir", - o, açıqlamasında qeyd edib..

Mütəxəssis əlavə edib ki, gənclikdə ayaqların mütəmadi olaraq donması vegetativ funksiyaların pozulması və ayaqların həddindən artıq tərləməsi ilə izah edilə bilər. Bu xəstəliklərdən şübhələnirsinizsə, cinsi hormonlar və tiroid hormonları ölçülməlidir.


Etiketlər:  Ayaqlarınızın daim üşüməsi hansı xəstəlikdən xəbər verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ