Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşadın qətlə yetirdiyi şəxsin FOTOsu - 15 gün əvvəl ...

Rəşadın qətlə yetirdiyi şəxsin FOTOsu - 15 gün əvvəl ...

Tarix: 9 Noyabr 2022 11:20

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Ötən gecə baş verən mübahisə zamanı Rəşad Dağlı bıçaqla İskəndər Mehtiyevi qətlə yetirib.

Qətlə yetirilən şəxs Rəşad Dağlının sənət yoldaşı, meyxanaçı Ələkbər Yasamallının qohumudur.

Milli.Az


Etiketlər:  Rəşadın qətlə yetirdiyi şəxsin FOTOsu gün əvvəl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ