Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaraşıqlı görünmək üçün bıçaq altına yatdı, sağ çıxmadı

Yaraşıqlı görünmək üçün bıçaq altına yatdı, sağ çıxmadı

Tarix: 9 Noyabr 2022 14:50

Rusiyalı Moskvada burun çəpərini düzəltmək üçün plastik əməliyyat zamanı dünyasını dəyişib.

Sonxeber.net bildirir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, 22 yaşlı Nikita Zaxariçev Şukinskaya küçəsində yerləşən klinikaya gedib və əməliyyat olunub. Lakin bir saat on dəqiqə davam edən əməliyyatdan dərhal sonra onun ürəyi dayanıb. Məlum olub ki, həkimlər xəstəni təkbaşına reanimasiya etməyə çalışıblar, daha sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, lakin Zaxariçevi xilas edə bilməyiblər.

Kişinin ölümünün ilkin səbəbi olaraq ağciyər emboliyası göstərilib. Eyni zamanda, Telegram kanalının məlumatına görə, xəstənin çəkisi 150 kiloqram olub.

İrfan Vəliyev


Etiketlər:  Yaraşıqlı görünmək üçün bıçaq altına yatdı sağ çıxmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ