Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Teymur Rəcəbovu təbrik etdi

Prezident Teymur Rəcəbovu təbrik etdi

Tarix: 4 Oktyabr 2019 22:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə təbrik edib.

Qol.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, təbrikdə deyilir:

"Əziz Teymur,

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

 


Etiketlər:  Prezident Teymur Rəcəbovu təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ