Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 21:34
İrlandiya Ukraynanın Avropa İttifaqına erkən daxil olmasını dəstəkləyir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "RBC-Ukraina" İrlandiyanın xarici işlər naziri Saymon Koveninin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, genişlənmədən Ukraynadan başqa digər ölkələr də faydalanmalıdır.
"Söhbət Moldova və Gürcüstandan gedir. Namizəd ölkələrin cavab verməli olduğu məcburi standartlar olmalıdır", - nazir əlavə edib.
Bundan əvvəl Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli qeyd edib ki, Ukraynaya Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün hazırlıq prosesini başa çatdırmağa bir-iki ildən çox vaxt lazımdır.