Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 17:24
Seuldakı Kenbokkun Sarayında "Gucci" kolleksiyasının təkrar nümayişi ləğv edildikdən sonra, marka sarayın bərpasına yardım etmək qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, italyan dəb evi bu ayın əvvəlində Seulda Hellouin bayramında 150-dən çox insanın ölümünə səbəb olan izdihamdan sonra Cənubi Koreyadakı "Cosmogonie" adlı şounu keçirmək istəyindən daşınıb və bunun əvəzinə brend Kenbokkun Sarayını bərpa etmək və qorumaq üçün pul ayırıb.
Bildirilib ki, vəsait üç il ərzində xərclənəcək. İanənin məbləği açıqlanmayıb.