Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəşəriyyət nə vaxt tənəzzül edəcək? - PROQNOZ

Bəşəriyyət nə vaxt tənəzzül edəcək? - PROQNOZ

Tarix: 12 Noyabr 2022 18:22

"Supercomputer World One" bəşəriyyətin nə vaxt dağılacağı haqda proqnoz verib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 2040-2050-ci illərdə yer kürəsində insanların nəslinin kəsiləcəyini iddia edib.

Belə ki, bunu sivilizasiyanın inkişafı nümunələrini modelləşdirmək üçün hazırlanmış maşının hesabladığı bildirilib.

Məlumatda bunun başlıca günahkarının insanların olduğu qeyd edilib:

"Getdikcə ətrafın həddindən artıq çirklənməsi, qlobal istiləşmələrin artması hamıya məlumdur. Təəssüf ki, insanlar bunu ciddiyə almır. Hər nə qədər elektrikli avtomobillərə keçirilsə də, doğum nisbətinə ciddi nəzarət edilsə belə, vəziyyət dəyişməyəcək".

Qeyd edək ki, süni intellektlə çalışan bu superkomputer 2020-ci il üçün də belə bir proqnoz vermişdi. Maşının hesablamalarına görə, planet iki il əvvəl "son dərəcə kritik" vəziyyətdə olmalı idi.


Etiketlər:  Bəşəriyyət vaxt tənəzzül edəcək PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ