Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 23:27
Artmaqda olan antibiotik rezistentliyi problemi dünya səhiyyə ictimaiyyətini ciddi şəkildə qayğılandırır. Yeni effektiv antibiotik axtarışları tibbin və elmin mühüm vəzifəsinə çevrilir.
Sonxeber.net "Ailə Həkimi"nə istinadən bildirir ki, yeni tədqiqat hazır bioloji birləşmənin modifikasiyasından daha effektiv olan tam sintetik vasitənin istehsalından məlumat verir. Müstəsna effektivliyi və aktivlik spektri ilə seçilən yeni antibiotik iboksamisin adlandırılmışdır. Tədqiqat artan rezistentlik dövründə kimyəvi sintezin yeni antibiotiklər yaratmaq qabiliyyətinə dəlalət edir.
Fiziologiya
Məlumdur ki, uzun müddət ayıq qalmaq insanın sağlamlığı və davranışına son dərəcə mənfi təsir göstərir. Yuxusuzluqdan sonra yatmaq ehtiyacı xüsusilə güclüdür və ona müqavimət göstərmək mümkün deyil. Orqanizm yuxuda qeyri-aşkar fayda alır. Yuxunun biokimyəvi, psixoloji mexanizmlərinin anlanılması yuxunun üstünlüklərindən yeni nəsil sedativ preparatların istehsalında istifadə edilməsinə imkan verir. Yuxu neyron aktivliyi və maye axının qarşılıqlı əlaqəsi vasitəsi ilə beynin fizioloji sağlamlığını qoruyur. Yuxuda yaranan neyron aktivliyi qan axını, likvorun dinamikası və toksinlərin xaric olunması ilə sıx bağlıdır, odur ki, beyin funksiyasının qorunması üçün yuxunun əhəmiyyəti əvəzolunmazdır.
Neyrofiziologiya
Çox vaxt xatirələr və yaddaş mexanizmləri neyronarası kontaktlarla əlaqələndirilir. Toplanmış eksperimental məlumatlar fərz etməyə əsas verir ki, beynin ən zahiri qatı olan 1-ci neokorteks qatı uzunmüddətli yaddaş və öyrənmə üçün açar məkandır və orada xatirələri kodlaşdıran sinapslar aşkar oluna bilər. Qabıqaltı yaddaş strukturları, əsasən, bu qata yönəlib.