Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 11:50
İstanbulun mərkəzində baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.
Bunu Sonxeber.net-a Xarici İşlər Nazirliyindən bildiriblər.
"Bizə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb", - qurumdan bildiriblər.
Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.