Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 10:16
Fransa Senatının gündəliyinə əsasən, bu gün Fransa vaxtı ilə saat 14:30-da Azərbaycan əleyhinə olan qətnaməyə baxılacaq.
Sonxeber.net xəbər verir ki, oktyabrın 3-də Senatın 6 üzvü Azərbaycana qarşı ittihamları ehtiva edən, Fransa hökumətini və digər Aİ ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif etmişdi.
Fransa vaxtı ilə saat 10.00-da isə Azərbaycan diasporunun nümayəndələri Yelisey sarayının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq nümayiş keçirəcəklər. Aksiya zamanı Azərbaycan diasporunun üzvləri Fransa Senatında Azərbaycana ədalət tələb edəcəklər.
Bu arada, azərbaycanlıların "Mesopinions" saytındakı petisiyasında Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli baxışına qarşı artıq 125 375 imza toplanıb.