Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əmək müqavilələri elektronlaşdırılır - VİDEO

Əmək müqavilələri elektronlaşdırılır - VİDEO

Tarix: 16 Noyabr 2022 16:44

Əmək müqavilələri elektron müstəviyə daşınır. Yeni ildən etibarən işəgötürən və işçi arasında imzalanan müqavilə hər iki tərəfin "Asan imza"sı ilə təsdiqlənəcək.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov deyir ki, bundan sonra əmək münasibətləri tənzimlənərkən kağız üzərində aparılan bütün əməliyyatlar elektron formada həyata keçiriləcək. Yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan "Əmək münasibətləri və məşğulluq altsistemi" ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması kimi çıxış edəcək.

Orxan Salahovun sözlərinə görə, əmək müqaviləsinin elektron formada bağlanması rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənməsində qanunvericiliyin tələblərinin gözlənməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaq.

Hazırda məsələnin texniki tərəfləri müzakirə olunur. Elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb və yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Yenilik qüvvəyə mindikdən sonra əmək müqaviləsinin ənənəvi qaydada kağız üzərində rəsmiləşdirilməsi tamamilə dayandırılacaq.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Əmək müqavilələri elektronlaşdırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ