Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 05:00
Bakı, Trend:
Efiopiyalı Lelisa Desisa dünya çempionatının atletika marafonu üzrə qızıl medal qazanıb.
Trend-in məlumatına görə, yarışlar Dohada baş tutur.
29 yaşlı idmançı məsafəni 2 saat 10 dəqiqə 40 saniyəyə qət edib. Gümüş medalı 27 yaşlı efiopiyalı Mosinet Geremeu (4 saniyə geridə) tutub, bürünc medalı isə 27 yaşlı Keniyalı Amos Kipruto qazanıb (11 saniyə gecikməklə).
Qeyd edək ki, Desisa karyerasında ilk dəfə Dünya kubokunun qızılını qazanıb. 2013-cü ildə Moskvada keçirilən dünya çempionatında ikinci yer tutmuşdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin