Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2022 11:24
Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd "F-1" markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN Mətbuat Xidmətindən bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan "F-1" markalı qumbarası aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.