Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 08:40
"Barselona" DÇ-2022-yə ən çox futbolçu göndərən klublar arasında birinci olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kataloniya klubunun müdafiəçisi Alexandro Balde zədələnən Xose Qayanın yerinə İspaniya millisinə dəvət alıb. Bununla da, "Barselona"nın mundiala dəvət alan futbolçularının sayı 17-ə çatıb.
Bundan əvvəl isə sözügedən göstəricidə "Bavariya" birindi idi. Ancaq Sadio Manenin zədələnərək Seneqal millisininin heyətindən çıxarılması "Barselona"nı birinci edib.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər Qətərdə keçiriləcək.