Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 10:30
Güney Azərbaycanın Zəncan şəhərində 12 yaşlı Arşiya Sultani İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə GünAzTV məlumat yayıb.
Qeyd edək ki, mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub.
Məlumata görə, etirazlarda 402 nəfər həlak olub.
Bildirilib ki, İranda keçirilən etiraz aksiyalarında hərbi-polis qüvvələrinin qətlə yetirdiyi 58 nəfərin yaşı 18-dən az olanlardır.