Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağ Evdə Baydenin böyük nəvəsinin toy mərasimi keçirilib - FOTO

Ağ Evdə Baydenin böyük nəvəsinin toy mərasimi keçirilib - FOTO

Tarix: 20 Noyabr 2022 09:40

Bu həftə sonu Ağ Evdə toy olub.

Prezident Co Baydenin böyük nəvəsi Naomi Bayden şənbə günü hüquqşünas Piter Nil ilə evlənib.

Mətbuata mərasimi işıqlandırmaq icazəsi verilməyib.

Bu, 2013-cü ildən bəri Ağ Evdə keçirilən ilk toy olub.

Qeyd edək ki, cütlük illər əvvəl dostları vasitəsilə tanış olublar. Piter Naomiyə 2021-ci ilin sentyabrında Vayominq ştatının Cekson Hole şəhərindəki uşaq evinin yaxınlığında evlənmə təklifi edib.

Beləliklə, Bayden və Nil Ağ Evdə nikah bağlayan digər 18 cütlüyə qoşulublar.

Milli.Az


Etiketlər:  Evdə Baydenin böyük nəvəsinin mərasimi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ