Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan xalqı gözümüzün işığıdır'' - ayətulla Xameneinin müşaviri

''Azərbaycan xalqı gözümüzün işığıdır'' - ayətulla Xameneinin müşaviri

Tarix: 20 Noyabr 2022 20:24

"Əgər bir gün Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq".

Sonxeber.net bildirir ki, bunu İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O, daha sonra vurğulayıb: "Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır. Həmin azərbaycanlı və iranlı İrandan kənarda və başqa pasportu olsa belə...

Özümü azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir.

Bunu İranın ali rəhbəri Əli Xameneinin xarici siyasət məsələləri üzrə müşaviri, keçmiş XİN rəhbəri Əli Əkbər Vilayəti bəyan edib.

Ə.Vilayəti bildirib ki, İranın heç bir qonşu ölkə ilə müharibə səbəbi yoxdur.

Qürurla vurğulayıram ki, mən də digər iranlılar kimi özümü Əlburus dağının ətəklərindən azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir.

Son günlər bəziləri məlumatsızlıqdan, bəziləri isə pis niyyətindən İranın Azərbaycan Respublikası ilə müharibə etmək istədiyi barədə şayiələr yayırlar.

İranın istər Qafqazda, istərsə də digər yerlərdə heç bir ölkəyə, xüsusən də qonşularına, həmçinin də eyni cinsdən, irqdən, dildən, dindən, adət-ənənədən və tarixdən olan insanlara zərrə qədər təcavüz etmək niyyəti yoxdur.

Azərbaycan Respublikasının xalqı gözümüzün işığıdır.

Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır.

Həmin azərbaycanlı və iranlı İrandan kənarda və başqa pasportu olsa belə..."


Etiketlər:  Azərbaycan xalqı gözümüzün işığıdır ayətulla Xameneinin müşaviri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ