Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

Tarix: 21 Noyabr 2022 08:18

Qətərdə dünən başlayan futbol üzrə dünya çempionatında bu gün 3 oyun keçiriləcək.

Milli.Az bildirir ki, günün ilk oyununda B qrupu çərçivəsində İngiltərə və İran millililəri qarşılaşacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

A qrupunun ikinci oyununda Niderland millisi Seneqalla qarşılaşacaq. Bu oyun "Al-Tumama" stadionunda baş ruracaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Günün son oyununda ABŞ Uelslə qarşılaşacaq. "Əhməd ibn Əli" stadionunda keçiriləcək oyun 23:00-da başlayacaq.

DÇ-2022
21 noyabr

A qrupu
20:00. Seneqal - Niderland

Baş hakim: Uilton Sampayo (Braziliya)

"Al-Tumama" stadionu

Xal durumu: Ekvador - 3 (1 oyuna), Niderland - 0, Seneqal - 0, Qətər - 0 (1 oyuna)

B qrupu
17:00. İngiltərə - İran

Baş hakim: Rafael Klaus (Braziliya)

"Xəlifə" stadionu

23:00. ABŞ - Uels

Baş hakim: Əbdülrəhman Əl-Casim

"Əhməd ibn Əli" stadionu

Milli.Az


Etiketlər:  2022 Bu gün daha 3 oyun keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ