Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu, fantastikadır" - "Qarabağ"ın oyunçusu

Tarix: 7 Oktyabr 2019 00:04

“Qarabağ”ın futbolçusu Faysal Rerras Premyer Liqanın 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Önəmli qələbə oldu, vacib 3 xal qazandıq. Oyuna yaxşı başladıq və topa nəzarət edən tərəf biz idik. Xeyli qol imkanlarımız oldu. Son 20 dəqiqədə yorğunluq hiss etməyə başladıq. Bu da ağır həftə ilə əlaqəlidir. Uzaq səfərlər, oyunlar yorğunluğa təsir edir.

- İlk 7 turda qələbə qazanmısınız. Fantastik startı gözləyirdin?

- Qələbələr ardıcıl gəlirsə, doğrudan da fantastikdir. Çalışmalıyıq ki, bunu saxlayaq. Eyni tempdə davam etməli, oyundan-oyuna düşünməliyik.

- Premyer Liqada əsas heyətdə oynasanız da, Avropa Liqasında ehtiyatda qalırsınız. Bu barədə nə deyə bilərsiniz?

- Buna görə narahat deyiləm. Baş məşqçi nə vaxt uyğun hesab etsə, mən hazıram. Məşqlərdə həvəslə öz üzərimdə çalışıram. Əsas odur komanda qalib gəlir və mən “Qarabağ”dayam. Bu klubda hər şeydən məmnunam və özümü xoşbəxt hiss edirəm. Bu barədə narahat deyiləm.

- APOEL-in ilk iki turda uduzması, səfərdə “Düdelanj”ı məğlub etməyiniz Avropa Liqasındakı şanslarınızı artırıb. Növbəti oyunlar APOEL-lədir. Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsən?

- Konsentrasiyanı saxlamalı və növbəti oyunlara köklənməliyik. APOEL-lə oyunlar çox vacibdir. Bu görüşlərdə maksimum nəticə növbəti mərhələyə çıxmağımıza çox kömək olacaq.

 

 


Etiketlər:  Bu fantastikadır Qarabağın oyunçusu


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ