Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabadda itkin düşən qadının öldürüldüyü məlum olub - VİDEO

Cəlilabadda itkin düşən qadının öldürüldüyü məlum olub - VİDEO

Tarix: 21 Noyabr 2022 16:16

Cəlilabadda açıq sahədən qadın meyiti tapılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, noyabrın 16-sı rayon polis şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı məlumat daxil olub. Daxil olmuş müraciət əsasında aparılmış istintaq tədbirləri istintaq tədbirləri nəticəsində qadının qəsdən öldürüldüyü məlum olub.

Rayon prokurorluğunun yaydığı məlumata görə, mərhumun qardaşı, 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə əsas şübhə yaranıb. İddia edilir ki, qadın qətlə yetirildikdən sonra meyiti rayonun Uzuntəpə kəndində basdırılıb.

İddialara görə, bacı-qardaş arasında tez-tez mübahisələr olurmuş.

Famil Əliyev şübhəli şəxs qismində saxlanaraq dindirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Cəlilabadda itkin düşən qadının öldürüldüyü məlum olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ