Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üz gərmə əməliyyatından sonra öldü

Üz gərmə əməliyyatından sonra öldü

Tarix: 24 Noyabr 2022 20:50

Cənubi Koreyada Rusiya vətəndaşı Seulun mərkəzindəki plastik klinikada üzünü dartdırmaqdan sonra dünyasını dəyişib.

Sonxeber.net bildirir ki, bu barədə "News1" agentliyi yerli polisə istinadən xəbər verib.

Əməliyyat noyabrın 21-də həyata keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, reabilitasiya zamanı 40 yaşlı rusiyalı qadının vəziyyəti pisləşib və kritikləşib. Qadını başqa xəstəxanaya aparmaq istəsələr də, artıq gec olub və o ölüb.

Polis yarılma üçün müraciət edib. Şöbədən qeyd edilib ki, cərrah, anestezioloq və tibb bacıları da daxil olmaqla xəstəxana işçilərinin əməlləri ilə bağlı araşdırma aparılacaq.

İrfan Vəliyev


Etiketlər:  gərmə əməliyyatından sonra öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ