Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtin dişlədiyi qadınla bağlı RƏSMİ

İtin dişlədiyi qadınla bağlı RƏSMİ

Tarix: 7 Oktyabr 2019 14:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Ağsuda həyətində iş görərkən it dişləməsinə məruz qalan qadınla bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qadına it dişləməsindən sonra zərdab vurulub və o, artıq evə buraxılıb:

"Qadın ciddi zədələnmədiyi üçün həkimlər onun müalicəsini xəstəxanada davam etdirməsinə ehtiyac görməyiblər. Qadına növbəti zərdabların vurulacağı vaxtla bağlı məlumat verilib. O, qeyd edilən tarixlərdə həmin zərdabları vurdurmalıdır".

Qadını dişləyən itdə quduzluğun olub-olmadığına gəldikdə, nazirlikdən bildirilib ki, bunun üçün qadını dişləyən it tapılmalı və müayinələrə cəlb edilməlidir.

Qeyd edək ki, Ağsunun Abbasxanlı kəndində həyətində iş görən 1972-ci il təvəllüdlü Məmmədova Xalidəni it qollarından dişləyib. Qadın itin quduz olduğunu iddia edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İtin dişlədiyi qadınla bağlı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ