Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 08:54
Təbrizin mərkəzi həbsxanasında saxlanılan Səid Əhmədinəsəbin durumu hələ də qeyri-müəyyəndir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Təbriz məhkəməsi məhbusun yaxınları ilə görüşünə, yaxud girov qarşılığında azadlığa buraxılmasına izn verməyib.
Bildirilir ki, ailəsinin Təbriz Prokrorluğu və İnqilab məhkəməsinə davamlı müraciətlərinə baxmayaraq, müsbət cavab alınmayıb. İran insan hüquqları müdafiəsi təşkilatları isə onun həbsxanada işgəncəyə məruz qaldığını qeyd edirlər.
Xatırladaq ki ki, Səid Əhmədinəsəb oktyabrın 4-də Təbrizdə saxlanılaraq təhlükəsizlik təcridxanasına, oradan isə şəhərin həbsxanasına köçürülüb.