Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 22:42
Vaşinqton amerikan neft və qaz şirkəti "Şevron"a ("Chevron") Venesueladan ABŞ-a neft və neft məhsulları tədarük etməyə icazə verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi lisenziyada qeyd olunub.
"Lisenziya "Şevron"un birgə müəssisələri tərəfindən istehsal olunan neft və neft məhsullarının əvvəlcə "Şevron"a satılması şərtilə, "Şevron"un birgə müəssisələri tərəfindən istehsal olunan neft və ya neft məhsullarının ABŞ-a satışına, ixracına və ya idxalına icazə verir", - sənəddə bildirilib.