Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 16:36
"Messi ilə qarşılaşdığınız zaman ən yaxşı formada olarkən belə bir şey edə bilməzsiniz. İspaniyada oynamadığım və onunla hər mövsüm oynamadığım üçün sevinirəm. O, iki qol vurdu və çox məyus oldum”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un futbolçusu Vircil van Deyk Çempionlar Liqasının yarıfmianlında "Barselona"ya uduzduqları oyundan sonra rəqib futbolçu Lionel Messi haqda danışarkən deyib.
O, finala çıxmaq şanslarının qaldığını da deyib: "Futbolda hər şey mümkündür. Biz istəyimizə nail ola biləcəyimizə inanırıq. Bu matçda da göstərdik ki, onların qapısına qol epizodları yarada bilərik. Növbəti dəfə qol vurmalıyıq".