Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2022 15:14
Xəbər verdiyimiz kimi Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Sonxeber.net bildirir ki, Manset.az-a açıqlama verən Mehriban Qaralova işdən çıxmasını təsdiqləyib:
"Bəli, mən işdən uzaqlaşmışam. Bir müddət istirahət edəcəyəm. Bəzi şəxslər mənim anım gününə qırmızı geyimdə getdiyimə görə işdən çıxarıldığımı deyirlər. Qırmızı geyinməyimin bu məsələyə aidiyyatı yoxdur. Bu çoxdan olmuş hadisədir".
Əməkdaşımızın "Həqiqətən siz Zakir Qaralovun əmisi qızısınız?" sualını cavabsız qoyub.