Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 03:24
Rusiyada, Perm diyarının Qubaxa şəhərindən olan 5-ci sinif şagirdi küçədə donub ölmüş halda tapılıb.
Sonxeber.net REN TV-yə istinadən bildirir ki, oğlanın yanında nənəsindən oğurladığı bir şüşə spirtli içki olub.
Telekanalın məlumatına görə, noyabrın 28-də 11 yaşlı uşaq nənəsinin yanına gəlib, sonra isə bir yarım litrlik spirtli içki oğurlayaraq küçəyə çıxıb. Uşaq evə qayıtmasa da, anası kömək üçün polisə müraciət etməyib. Ertəsi gün məktəblinin meyiti istilik magistralının yanında tapılıb. Ölümün səbəbi hipotermiya göstərilib.
Mərhum məktəblinin ailəsində daha bir uşaq var, onun dörd yaşı var.
İrfan Vəliyev