Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kralın qızı Dünya çempionatında oynayan görün hansı futbolçuya aşiq olub

Kralın qızı Dünya çempionatında oynayan görün hansı futbolçuya aşiq olub

Tarix: 1 Dekabr 2022 10:14

İspaniya taxt-tacının varisi, kral VI Filippin böyük qızı olan şahzadə Leonor "Barselona"nın yarımmüdafiəçisi Qaviyə aşıq olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, məktəbə özü ilə birlikdə oyunçunun şəkillərinin yapışdırıldığı qovluğu aparır.

İspaniya kralı hazırda Dohadadır və burada 2022-ci il dünya çempionatı üçün milli komandanı dəstəkləyir. Kosta-Rika ilə oyundan (7:0) sonra o, milli komandanın paltardəyişmə otağına girərək futbolçuları qələbə münasibətilə təbrik edib.

İddialara görə, 18 yaşlı yarımmüdafiəçi VI Filip üçün kralın geyindiyindən daha kiçik ölçülü köynək imzalayıb. Hədiyyənin monarxın qızı üçün nəzərdə tutulduğu güman edilir.

17 yaşlı Leonor Asturiya şahzadəsi, taxt-tac varisi VI Filip və onun həyat yoldaşı Letisiyanın böyük qızıdır.


Etiketlər:  Kralın qızı Dünya çempionatında oynayan görün hansı futbolçuya aşiq olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ