Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzTV-nin xəbər aparıcısı tanınmaz dərəcədə dəyişdi - VİDEO

AzTV-nin xəbər aparıcısı tanınmaz dərəcədə dəyişdi - VİDEO

Tarix: 1 Dekabr 2022 15:20

Aparıcı Samirə Mustafayeva xarici görünüşündə dəyişiklik edib. 

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, o, qısa saçlarını uzatdıraraq açıq rəngə boyatdırıb. Aparıcı bu haqda sosial şəbəkədə bildirib. Samirə paylaşımına bunları da əlavə edib:

"Kəsim, rəng, lak, fendən bir müddət uzaq durmaq. Çıxış yolu: qaynaq... Uzun müddət ağ-sarı tona açıldığı üçün zədəli saçlarımı yalnız bu üsulla qoruya bilərəm. Qaynaq isə mənə görə təbii görünməlidir. Saçımın materialına və rənginə uyğun təbii buruq saç seçildi və bir neçə saata uzadıldı".

O, yeni imicdə olan fotolarını instaqram izləyiciləri ilə bölüşüb. Aparıcının görünüşü müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi onun yeni imicini bəyənsə də, böyük əksəriyyəti Samirənin yeni saç düzümünü bəyənmədiyini, 10-15 yaş böyük göründüyünü bildiriblər.

Xatırladaq ki, Samirə Mustafayeva AzTV-də xəbər aparıcısıdır.


Etiketlər:  AzTV xəbər aparıcısı tanınmaz dərəcədə dəyişdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ