Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 21:33
Litva Rusiya səfirliyinin əməkdaşlarından birini arzuolunmaz şəxs elan edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə məşğul olmaqda ittiham edilir. Diplomatik nümayəndəliyin adı açıqlanmayan əməkdaşına beş gün ərzində Litva ərazisini tərk etmək əmri verilib.
Rusiya səfirliyi diplomatın Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.