Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 21:48
Son günlər Türkiyədə saxta həkimin müəyyən edilməsi ilə bağlı xəbərlər gündəmdən düşmür.
Tekirdağda Çerkezköy Dövlət Xəstəxanasında özünü həkim kimi təqdim edən 20 yaşlı Ayşe Özkiraz saxtakarlığı müəyyən edilərək tutulandan sonra növbəti saxta həkim Erzincanda ortaya çıxıb.
Belə ki, o, beyninə qan sızan bir xəstəni xüsusi firmaya aid avtomobillə Vandan İstanbula aparan zaman yaxalanıb.
Məlum olub ki, özünü uşaq həkimi kimi qələmə verən Osman Ç. həkim olduğunu təsdiqləyən sənədi təqdim etməyib. Özünü şübhəli aparan həmin şəxs saxlanılaraq sorğu-sual olunub. Saxta həkim olduğu müəyyənləşən Osman Ç. nəzarətə götürülüb.