Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mundialın qalibi məlumdur, amma adı lazım deyil...

Mundialın qalibi məlumdur, amma adı lazım deyil...

Tarix: 3 Dekabr 2022 08:36

Almaniya təəssüf ki, dünyada daha futbol nəhəngi deyil. Yaponiyaya uduzduqları oyun bir həyəcan siqnalı, İspaniya ilə heç-heçə isə artıq komanda üçün "əcəl zəngi" idi. Növbəti mərhələyə çıxmamasına görə almanlar bəlkə də sevinməlidirlər. Almanların burdan o tərəfə sürünə-sürünə keçməsi 4 qat dünya çempionu üçün ayıb olardı. Üstəlik, belə zəif  komandanı növbəti mərhələdə daha rüsvayçı nəticə gözləyə bilərdi. O baxımdan, əslində Almaniya Qətər mundialında "ziyanın yarısından qayıtmış" sayılmalıdır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, seçmə mərhələdə bu komanda qrupda 27 xal toplamışdı və 2022-ci il dünya çempionatına ev sahibi Qətərdən sonra vəsiqə qazanmış ikinci komanda idi. Amma Almaniya seçmə mərhələdə Lixtenşteyn, Ermənistan, İslandiya, Rumıniya və Şimali Makedoniya ilə oyunlarda qələbələri sıralasa da, oyunu ilə təəccübləndirmirdi. Alman futbolu tiki-taka(xırda ötürmələr, topa nəzarət) ilə mundialda irəli gedə bilməzdi...

Dünya mediası da Almaniya millisinin mundialdakı fiaskosu haqda geniş yazır. "Bild" isə baltanı lap kökündən vurub. "Ardıcıl üç turnirdir ki, heç nəyə nail olmamışıq. Əvvəllər futbol dünyası titrəyirdi, bizi "turnirin komandası" kimi tərifləyirdilər. İndi Almaniya sadəcə, indi bir futbol cırtdanıdır", - "Bild" yazıb. Deyəsən, bu komandanın üzvləri LGBT-yə dəstək olaraq oyundan əvvəl ağızlarını əlləri ilə qapayıb şəkil çəkdirirdilər. Bu, futbolçuların FİFA-nın eynicinsliliklə evliliyi təbliğ edən "One Love"  sarğısının taxılmasını qadağan edən qərarına etiraz idi.  İndi o əllərini üçüncü oyunun sonunda başlarının arasına almalarının  da yəqin mənası vardı...

Almaniyanın futbolda cırtdana çevrilməsinin ən müxtəlif səbəbləri var. Alman futbolunu izlədiyimdən bu komandanın fiaskosu ilə bağlı öz versiyam da var. Millətçi-irqçi deyiləm, amma məncə, bu komandada çatmayan "nemes qanıdır". Maraqlananlar çempion olduğu illərdə Almaniya milli komandasının heyətinə baxsınlar, 99 faiz almanlardır. Həm də köçmən alman yox, köklü alman... Onlar vallah, təkcə futbol oynamırdılar, yeri gələndə rəqibə diş də qıcayırdılar, davaya da girişirdilər, ölkələri üçün özlərini öldürürdlülər. Fransaya baxmayın, onlar xaraktersizdirlər, əsrlərlə kölə kimi saxladıqları afrikalılarla qaynayıb-qarışıblar. "Qaralar oynayır, Fransa qalib gəlir" deyimi təsadüfi deyil. Almanlar isə futbolda mühafizəkarlığı qorumağa bacarırdılar. (Yeri gəlmişkən, son qarşılaşmalarda Azərbaycan milli komandasının uğurlu çıxışının səbəbini də azərbaycanlıların komandada boy göstərməsi ilə izah edərdim).

Arada almanlar milli komandanı yenidən milliləşdirmək siyasətinə qayıtmaq istədilər. Məsud Özili millidən təkcə Ərdoğanla şəkil çəkdirdiyinə görə uzaqlaşdırmadılar ki...Özül də irqçilik səbəbindən Almaniya millisindən ayrıldığını etiraf etdi.

2021-ci ilin yayında komandanı çalışdıran Hans-Diter Flik Almaniyanı  Rusiya mundialından sonrakı böhrandan çıxarmağa  çalışdı. Komandada top-5 klublarında çıxış edən futbolçular var. Təəssüf ki, Almaniya futbolunu həmişə fərqləndirən cəhətlər (sürətli hücumçular, sərt müdafiə) daha bu komandada yoxdur.

Mundiala gəlimiş bəzi komandaların heyəti sırf milli oyunçulardan təşkil olunduğu diqqət çəkir. Elə yaponlara baxaq. İstəsələr, Avropadan, Asiyadan  oyunçu "millişdirərdilər". Amerika heç, orada CAR prezidentinin oğlu da oynaya bilər, amerikalı deyilən millət yoxdur. Belçikalıları baxın, komanda yoldaşları bir-birlərinə kəllə atırmış. Çünki qarışıqdırlar, millət, vətən deyilən anlayış yoxdur. Himni mılzıldanmaqla deyil ki...Əlbəttə, bu mundialda uğursuzluğa düçar olan komandaların problemi təkcə oyunçuların milli kökləri ilə bağlı deyil. Amma mundial həm də millətlərin yarışıdır, təqdimatıdır. Bayraqdır, himndir!   

İndi mundialı yarımçıq tərk edənlər qayıtsınlar evə, oturub fikirləşsinlər ki, problemləri nədir, niyə bu günə düşüblər. Xüsusən də cırdan almanlar.

Biz isə mundialdan həzz alaq, baxmayaraq ki, qalibin adı bəlkə də çoxumuza artıq məlumdur. Adları batsın...

Milli.Az


Etiketlər:  Mundialın qalibi məlumdur amma adı lazım deyil


RƏYLƏR