Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 22:20
"Üç övladım var. İki qızım - Nəfəs, Fatimə və İlkin adlı oğlum var. Fatimə ilə İlkin subaydırlar. İnsanın alnına nə yazılıbsa, o da olur. Nəfəs atasının razılığı ilə 16 yaşında ailə qurdu, qismət".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nəfəsin anası qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçinin anası bildirib ki, qızının müğənni olmasına atası qarşı çıxıb:
"Nəfəs kiçik yaşlarından müğənniliyə çox həvəsli idi. Sonradan atası ona problemlər yaratdı. Ancaq niyyətin hara, mənzilin də ora. Hazırda Nəfəsin iki övladı var. Nəvələrimə mən baxıram və hər zaman dəstəyəm.
Nəvələrimin dayəsi olsa da, anası da mən də qayğımızı onlardan əsirgəmirik. Nəfəs çox əziyyət çəkir. Çalışır ki, övladlarını necə lazımdır yaşatsın".
Qeyd edək ki, Nəfəs illər əvvəl həyat yoldaşından boşanıb. Müğənninin atası isə dünyasını dəyişib. Nəfəs müsahibələrinin birində anasının gənc yaşlarında ailə qurduğunu, lakin daha sonra boşandığını etiraf edib. O, anası ilə eyni taleyi bölüşdüyünü söyləyib.