Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəskin ürək çatışmazlığının müalicəsi

Kəskin ürək çatışmazlığının müalicəsi

Tarix: 4 Dekabr 2022 06:03

Kəskin ürək çatışmazlığının müalicəsi kliniki, laborator, elektrokardioqrafik müayinələrin nəticələrini, həmçinin hemodinamikanın göstəricilərini daima nəzarətdə saxlamaqla həyata keçirilməlidir.
Xəstələrin müalicəsi ağciyər arteriyasında diastolik təzyiqin, kiçik qan dövranında durğunluq əlamətlərinin aradan qaldırılması və ürək indeksinin normallaşdırılmasına istiqamətlənir.
Kəskin ürək çatışmazlığında xəstələrə ilk növbədə diuretiklər təyin edilir.
Xəstəyə təyin ediləcək ikinci əsas dərman preparatı vazodilatatotlardır. Bunlara nitroqliserin, natrium nitroprussid aiddir. Bu dərmanlar güclü venodilatasiya xüsusiyyətinə malikdirlər. Belə ki, bu dərmanlar ürəyə qan axının, erkən yüklənmənin və müvafiq olaraq sol mədəciyin dolma tezliyini azaldır. Bu da ürəkdə durğunluğu aradan qaldırır, ağciyər ödeminin əmələ gəlməsinin qarşısını alır.
Tənəffüs sisteminin artmış aktivliyini azlatmaq və periferik vazodilatator olaraq ürəyə qanın venoz qayıdışını və sol mədəcikdə yüklənməni azaltmaq məqsədilə xəstəyə morfin vurulması ürək çatışmazlığını əsas müalicə metodlarından biridir.
Oksigenoterapiya xəstəliyin müalicəsində göstəriş sayılır.
Əgər ürək çatışmazlığında ürəyin nasos funksiyası normal yerinə yetirilmirsə xəstəyə inotrop təsirə malik preparatlar təyin edilir.
Kəskin ürək çatışmazlığının müalicəsində tətbiq edilən dərmanlardan biri də dopramindir.
Mikrosirkulyator pozğunluqların korreksiyası və gələcəkdə koronar damarlarda yarana biləcək trombların qarşısını almaq üçün heparin və antiaqreqantların işlədilməsi kəskin ürək çatışmazlığında məqsədyönlü sayılır.


Etiketlər:  Kəskin ürək çatışmazlığının müalicəsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ