Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kəllədaxili təzyiq

Kəllədaxili təzyiq

Tarix: 4 Dekabr 2022 08:03

Serebral hipertenziya və ya kəllədaxili təzyiqin artması sindromu baş beynin və onun qişalarının zədələnməsi nəticəsində meydana çıxan kritik vəziyyətdir. Serebral hipertenziya çox vaxt neyroinfeksiyalarda, ağır intoksikasiya və metobolik pozğunluqlarla gedən digər ingeksion xəstəliklərdə təsadüf edilir. Serebral hipertenziyanın əsas səbəblərindən biri baş beyin ödemi - şişməsidir. Beyində bu xəstəliklər zamanı beyindaxili qan dövranı pozulması baş verir. Hipoksiya, qaraciyər və böyrək çatışmazlığı ilə gedən ağır infeksion xəstəliklərdə isə baş beynin ödemi beyin qişalarında iltihabi prosesə yol açmadığından laborator göstəricilər dəyişmir.
Klinikası:
Xəstəliyin ən çox rast gəlinən əlamətləri başağrısı, arterial hipertenziya və qusmadır. Qusma qəflətən baş verir, qida qəbulu ilə əlaqədar olmur. Çox vaxt arterial təzyiq artır. Beyin toxumasının ödemi artdıqca nəbz seyrəlir, qızdırma isə artmağa başlayır, xəstənini üzü qızarır, bir qədər sianozlu olur. Serebral hipertenziyanın ən qorxulu ağırlaşması yerdəyişmə nəticəsində beynin böyük ənsə dəliyinə və ya beyincik yarığına tıxanmasıdır. Nəticədə beyin sütununun aşağı şöbələri zədələnir və uzunsov beynin funksiyaları pozulur.
Serebral hipertenziyanın diaqnozu:
Anamnestik məlumatlara, klinik müayinələrə, beyin qişalarının qıcıqlanması əlamətlərinə onurğa beyni mayesinin təzyiqinə əsaslanır. Əsasən xəstədə meningeal əlamətlərə diqqət yetirmək lazımdır. KT və MRT -nin nəticələri diaqnozun qoyulmasında mühüm rol oynayır.
Müalicəsi:
Xəstələrə güclü etiotrop dərmanlar, sakitləşdiricilər, qıcolma əleyhinə müalicə təyin olur.

Milli.Az


Etiketlər:  Kəllədaxili təzyiq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ