Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bloomberg”: Rusiya 1 milyard dollar dəyərində Ukrayna buğdasını oğurlayıb

“Bloomberg”: Rusiya 1 milyard dollar dəyərində Ukrayna buğdasını oğurlayıb

Tarix: 4 Dekabr 2022 15:32

Rusiya qüvvələri Ukraynanın nəzarətində olmayan ərazilərdən təxminən 6 milyon tona yaxın buğda, işğal olunmuş ərazilərdə əkilən payızlıq bitkilərin təxminən 88 faizini toplayıblar. Oğurlanan məhsulun dəyəri təxminən 1 milyard dollardır.

Rusiyalıların cəbhə xətti boyunca yerləşən məhsulu biçmədiyi qeyd edilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ukrayna buğdasının demək olar ki, dörddə biri işğal olunmuş ərazilərdə yetişdirilir.

Bildirilir ki, Rusiya gəmiləri çox güman ki, Ukraynanın işğal olunmuş ərazilərindən Liviya və İran da daxil olmaqla, bir sıra ölkələrə taxıl ixrac edib, lakin yükləri göndərən şirkərlər onların mənşəyini gizlətdikləri üçün məhsulun həcmini dəqiq bilmək çətindir.

Eyni zamanda, Rusiya taxıl oğurlanmasını inkar edir, lakin rəsmilər işğal olunmuş limanlardan taxıl tədarükünün bərpa olunduğunu açıq şəkildə bəyan edirlər.

İsveçrənin baş prokuroru talan edilmiş xammalın kommersiyalaşdırılmasının müharibə cinayəti ola biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az


Etiketlər:  Bloomberg Rusiya 1 milyard dollar dəyərində Ukrayna buğdasını oğurlayıb


RƏYLƏR