Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 14:24
Sabirabad rayonunda əri tərəfindən döyülən hamilə qadın erkən doğuş həyata keçirib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Axtaçı-Muğan kəndində baş verib.
Həmin kənddə yaşayan və hamiləliyin 30-cu həftəsində olan 2001-ci il təvəllüdlü A.H. noyabrın 28-də axşam saatlarında əri Vüsal Hüseynov tərəfindən döyülüb. Nəticədə qadın aldığı xəsarətlər səbəbindən bir neçə saat sonra yarımçıq qız uşağı dünyaya gətirib. Vaxtından qabaq doğulan körpə dekabrın 4-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.