Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kökəlmənin qarşısını necə almaq olar?

Kökəlmənin qarşısını necə almaq olar?

Tarix: 6 Dekabr 2022 01:03

Kökəlmə müasir dünyanın ən aktual problemlərindən biridir. Kökəlmə bədənin yağlı hissəsinin çəkisinin yağsız hissəsinin çəkisindən artıq olmasıdır. Normada kişilərin yağ kütləsi orqanizmin 15-18%-ni, qadınlarda isə 20-25%-ni təşkil eləməlidir. Bu göstəricinin normadan artıq olması isə köklük sayılır. Yer kürəsi əhalisinin kişilərinin 25, qadınlarının isə 30 faizi köklükdən əziyyət çəkir. Köklüyün əmələ gəlməsinə nələr səbəb ola bilir?
* həddindən çox və qeyri sağlam qidalanma
* az hərəkətlilik
* genetik amillər
* psixoloji problemlər
* tez-tez və düzgün olmayan dieta saxlamaq
* hormonal xəstəliklər
* antidepressant dərmanlar
* doğuşların sayı
* bəzi xəstəliklər
Kökəlmənin prqanizmdə əmələ gətirdiyi xəstəliklər
* insulin çatışmazlığı
* II tip diabet
* yüksək təzyiq
* koronar arteriya xəstəliyi
* metobolik sindrom
* xərçəngin bəzi növləri
* osteoartrit
* hamiləliin olmaması
* qanda xolestrinin artması
* öd kisəsi xəstəlikləri
* qaraciyər xəstəlikləri
* tüklənmə
* psixoloji xəstəliklər
* əzələ-sklet xəstəlikləri
Köklük dedikdə piy toxumasının bədənin hansı hissəsində yığılması da nəzərdə tutulur. Kökəlmə piy toxumasının yığılma formasından asılı olaraq orqanizmdə almayabənzər, armudabənzər və kişi tipli olur.
Kişilərdə bel çevrəsinin 102sm, qadınlarda isə 88sm-dən çox olması həmin adamın kök olmasının göstəricisidir.
Köklük necə müalicə edilir?
Köklüklə müalicə üsullarına dieata saxlamaq, fiziki aktivliyi artımaq, davranış müalicəsi (xüsusi dieta), dərman müalicəsi, kombinəedilmiş müalicə və cərrahi müalicə daxildir. Kök adamların əksəriyyəti tez və qısa bir zamanda arıqlamq istəyirlər. Əslində isə bu asan bir şey deyil. Bu səbəbdən də mütəxəssislər 6 ayda 5-10 kq arıqlamağı məqsədəuyğun bilirlər. Bədənin bu miqdardan tez bir surətdə arıqlaması isə orqanizm üçün risk faktoru sayılır.
Köklüyə qarşı mübarizə üsulları 5 istiqamətdə aparılır.
1. Dieta ilə arıqlama
Dieta hər kök insanın özünəməxsus olaraq təyin edilir. Bu zaman adətən gün ərzində qidadan 500-600 kalori azaldılır və diet yeməklər qəbul edilir Qəbul edilən qidaların siyahısını isə dietoloq təyin edir. İtirilən enerjinin də miqdarını artıraraq köklükdən əziyyt çəkən adamın piyləri azaldılıır. Bu zaman səhər yeməyinə 20-25, günorta yeməyinə 30-35, axşam yeməyinə isə 30 kalorilik qida təyin edilir.
2. Fiziki aktivliyi artırmaqla müalicə
Bu müalicəyə başlamazdan əvvəl mütləq ürək və tənəffüs sisteminin fəaliyyəti yoxlanılmalıdır.İlk günlər 30-45 dəqiqə, həftədə 3-5 gün olmaq şərti ilə orta dərəcəli idman hərəkətləri təyin edilir. Sonrakı günlər isə həftədfə 2000 kalori itirmək üçün həftə ərzində 7 saat cəld yürüyüşlə piyada gəzmək lazımdır. Arıqlamaq üçün edilən idman hərəkətləri azdan çoxa doğru artırılrır. İdman etdikdə köklükdən əziyyət çəkən adamın yaşı, xroniki xəstəliklri, xəstəliklərin simptomları nəzərə alınmalıdır.
3. Davranış müalicəsi
Bu müalicə üsuluna özü-özünü arıqlamağa inandırma, özünü qiymətləndirmə, sosial çevrənin yardımı və s. aiddir.
4. Dərman müalicəsi
Köklüyün dərmanla müalicəsi zaman dərman qəbul edərkən onun yanaşı təsirlrini, qəbul edən xəstəyə verilməsinin mümkün olub-olmamasını araşdırmaq lazımdır. Arıqlamaq məqsədilə dərman müalicəsi götürdükdə dieta da saxlamaq lazım gəlir.
5. Cərrahi müalicə
Arıqlamaq üçün tətbiq edilən cərrahi müalicənin 2 növü vardır. Bunlar bariatrik müalicə və qastrointestinal sistemində aparılan müalicələr bir də rekonstruktiv cərrahiyyə daxildir. Bariatrik müalicə zamanı qida qəbulu ilə əlaqədar olan otrqanlarda kiçiltmələr aparılır və ya mədəyə balon qoyulur, qastrik bantlama tətbiq edilir. Rekonstruktiv müalicə zamani isə bədənin müəyyən bölgələrində yığılıb qalmış piylər uzaqlaşdırılır.


Etiketlər:  Kökəlmənin qarşısını necə almaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ