Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 21:24
Molla rejimi ölkədə davam edən kütləvi nümayişlərdə həbs olunanların edam edilməsinə başlayır.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, İranın ədliyyə sisteminin başçısı Qulamhüseyn Möhsüni Əceyi aksiyalar zamanı həbs olunan etirazçıların cəzalandırılacağını açıqlayıb.
"Etiraz zamanı həbs edilən etirazçılara verilən edam və uzunmüddətli həbs cəzaları ilə bağlı hökmlər ən qısa vaxtda icra olunacaq. Fitnə-fəsad törədən, dövlətə qarşı müharibə aparan, hər cür silahla qətl törədən, ölkədə etimadsızlıq yaradan aksiya iştirakçılarının cəzaları da məhkəmə orqanları tərəfindən təsdiq edilib və bu cəzalar yaxın vaxtlarda icra olunacaq", - ədliyyə başçısı deyib.
İranda rejim əleyhinə aksiyalarla bağlı kütləvi edamların olacağı xəbəri hələ ötən ay yayılıb. Bununla bağlı İran parlamentində keçirilən səsvermə yekdilliklə qəbul edilib.
Molla rejiminin qərarı dünya ictimaiyyəti tərəfindən kəskin reaksiya ilə qarşılanıb.