Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik

İlham Əliyev: Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik

Tarix: 7 Dekabr 2022 14:51

Biz hər il bir neçə tanker, quru yük gəmisi, "Ro-Ro" gəmisi, bərə inşa edə bilirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimində deyib.

Dövlət başçısı bildirib:

"Bu tankerin yaradılmasının təməli 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulmuşdur. O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, "Ro-Ro" gəmisi, bərə inşa edə bilirik".

Milli.Az


Etiketlər:  İlham Əliyev Biz hər il bir neçə tanker quru yük gəmisi Ro Ro gəmisi bərə inşa edə bilirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ