Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 07:36
Peru Prezidenti Pedro Kastilyo həbs edilib.
Bunu Peru rəsmiləri bildirib.
Qeyd edək ki, Peru Prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxaraq ölkədə fövqəladə vəziyyət elan edib.
O, bunu dövlət başçısı administrasiyasının feysbuk səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildirib.
Prezidentin bəyanatından sonra Peru parlamenti təcili toplaşaraq dövlət başçısına impiçment elan edib. Ölkə polisi və ordu da qanunverici orqanın tərəfini tutub.