Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 18:26
Bakıda 11 ay ərzində 40 min sürücüyə cərimə yazılıb. Bunların da çoxu dayanma və durma ilə bağlı olan inzibati xətalardır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülər belə düşünür ki, yetərincə parkinq sahəsi mövcud deyil.
Onların sözlərinə görə, parkinqlərdəki qiymətlər isə heç də hamını qane etmir.
Məsələ ilə bağlı "Xəzər Xəbər"ə danışan ekspert Ərşad Hüseynov bildirib ki, paytaxtın müəyyən ərazilərində parkinq sahələri ilə bağlı ciddi problemlər var. Bu problemlər isə kifayət qədər mürəkkəbdir: "Avtomobillərin parkinqindən danışarkən uzunmüddətli parkinq sahələri və gün ərzində işlə bağlı istifadə edilən parkinq sahələrini bir-birindən ayırmaq lazımdır. Parkinq sahələrinin idarə edilməsi hər bir şəhərdə nəqliyyat sisteminin vəziyyətinə uyğun həyata keçirilməlidir".
Parkinqlə bağlı Bakı Nəqliyyat Agentliyi də məsələyə münasibət bildirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, bütün ölkələrin böyük, tarixi şəhərlərində parkinqlə bağlı problemlər var və bu normal qəbul edilməlidir.
O, hazırda Bakıda təmsil etdiyi qurumun tabeçiliyində olan parkinqdə nə qədər avtomobilin duracağa qoyula biləcəyini açıqlayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: