Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Qətərdə ölüm hadisəsi qeydə alındı

DÇ-2022: Qətərdə ölüm hadisəsi qeydə alındı

Tarix: 8 Dekabr 2022 18:58

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında faciə baş verib. Milli.Az matc.az-a istinadən bildirir ki, Filippindən olan muzdlu işçi vəfat edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

FİFA da bu xəbəri təsdiqləyib. Bildirilib ki, filippinli şəxs Səudiyyə Ərəbistanının milli komandasının məskunlaşdığı oteldə təmir işləri zamanı qəza nəticəsində vəfat edib.
 
Qətər hökuməti araşdırmalara başlayıb. Təxminən 40 yaşlarında olan fəhlənin yük kranında çalışarkən yıxılaraq öldüyünü bildirilib. O, faciəvi hadisə zamanı təhlükəsizlik kəməri taxmayıb.

Milli.Az


Etiketlər:  2022 Qətərdə ölüm hadisəsi qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ