Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda insanın səs ilə kimliyi belə müəyyən edilir - VİDEO

Azərbaycanda insanın səs ilə kimliyi belə müəyyən edilir - VİDEO

Tarix: 8 Dekabr 2022 22:58

Azərbaycanda insanın səsi vasitəsilə şəxsiyyətini müəyyən etmək üçün müvafiq proqram və cihazlar mövcuddur.

Sonxeber.net xəbər verir ki, belə bir şərait Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yaradılıb.

Bu mərkəzdəki müvafiq cihazla insanın səsi yoxlanır və təxminən bir saat ərzində həmin səsin kimə məxsus olduğu müəyyən edilir.

Mərkəzin Əlyazamalar və səslərin ekspertiza şöbəsinin rəis müavini Lətif Əliyev deyib ki, audio və videoyazıların məhkəmə kriminalistika ekspertizasına istintaq orqanları tərəfindən səslər daxil olur. Burada səs və nitqin tədqiqatı dəqiqliklə aparılır. Hətta aydın başa düşülməyən səslər belə təmizlənərək hansı ifadələrin işlədildiyi müəyyən edilir.

Ekspert açıqlayıb ki, onlara ən çox hədə-qorxu gəlib pul tələb edən, dələduzluq və şantaj yolu ilə pul alan şəxslərin səs yazıları təqdim edilir. Səs yazıları verildikdən sonra cinayətdə şübhəli bilinən şəxslərin də orjinal səsləri yazılır və nitqin artikulyasiya xüsusiyyətləri, səsin tembri, melodikliyi, ritmi, nitqin sürəti, aksent xüsusiyətləri dəqiqliklə araşdırılır.

Lətif Əliyev əlavə edib ki, ilin əvvəlindən bu günə qədər audio və video yazıların araşdırılması üçün cinayət və mülki işlərdən 300-ə qədər müraciət olunub. Onlar da bir ay ərzində araşdırılıb və nəticəsi istintaqa təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Azərbaycanda insanın səs ilə kimliyi belə müəyyən edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ